ABŞ Qrenlandiyada kəşfiyyatı gücləndirir...

...Keçən həftə Milli Kəşfiyyatın yüksək rütbəli məmurları ABŞ kəşfiyyat orqanlarına məxfi memorandum göndərdilər. Sənəd Qrenlandiyada əhval-ruhiyyənin öyrənilməsini tələb edir. Birləşmiş Ştatlar Qrenlandiya ilə bağlı kəşfiyyat məlumatlarının toplanması prosesini gücləndirib.

SİA-nın məlumatına görə, bu, Vaşinqtonun adanı almaq planları ilə bağlı ola bilər.

...“The Wall Street Journal” xəbər verir ki, keçən həftə Milli Kəşfiyyatın yüksək vəzifəli məmurları ABŞ kəşfiyyat orqanlarına məxfi memorandum göndəriblər.

Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və digər qurumlara ünvanlanan sənəd onlara Qrenlandiyanın müstəqilliyə və mümkün Amerika resurslarının çıxarılmasına münasibətini öyrənməyi tapşırır.

Vaşinqtonun tərəfdarlarının tapılmasına xüsusi diqqət yetirilir.

Bu direktiv Amerika lideri Donald Trampın ada üzərində nəzarəti bərqərar etmək planlarını həyata keçirmək məqsədi daşıyan ABŞ administrasiyasının ilk addımlarından biridir.
Nəşr qeyd edir ki, bu cür hərəkətlər Trampın niyyətlərinin ciddiliyindən xəbər verir.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Ceyms Hevitt bildirib ki, ABŞ prezidenti Qrenlandiya və Arktikanın təhlükəsizliyi ilə bağlı narahatlığını açıq şəkildə ifadə edib. Lakin o, təfərrüatları şərh etməkdən imtina edib.

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard qəzeti “məxfi məlumatı üzə çıxarmaqda” ittiham edərək, məqaləni “təhlükəsizliyə hücum” adlandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə