Rus müğənnisinin itkin düşən ərini dalğıclar axtarır...

...Yadplanetliləri görən və onlarla görüşdüyünü iddia edən rusiyalı müğənni Katya Lel keçmiş ərinin yoxa çıxdığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Qlavred yazır ki, İqor Kuznetsov Fransada itkin düşüb.

...Onun dostları narahat olub və mənə zəng ediblər. İqor aprelin 13-də saat 17:00-da əlaqəni kəsib. Deyim ki, o, iş məqsədi ilə Fransaya gedib, bir tanışı ilə görüşübmüş. Boşandıqdan sonra iki ildir görüşmürük. Qızları ilə əlaqə saxlayıblar. İndi İqor Fransada axtarışdadır, dalğıclar onu axtarır, onun ailəsi ilə fotolar yerləşdirilib.

Bunu yadplanetliləri görən müğənni yazıb.

... Kuznetsovla bağlı dəqiq nə baş verdiyi hələ də məlum deyil. İş adamına yaxın olanlar onun boğulduğunu ehtimal edirlər.

Lakin dalğıclar hələlik sahil sularında heç bir cəsəd tapmayıblar.

Axtarış əməliyyatları davam edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə