Rusiya Prezidenti Vladimir Putinin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə elan etdiyi atəşkəs qüvvəyə minib. SİA xəbər verir ki, Rusiya mayın 8-dən 11-nə kimi bütün hərbi əməliyyatları dayandırıb. Qeyd edək ki, mayın 3-də Ukrayna Prezidenti Vladimir Zelenski açıq şəkildə bu təklifi rədd edib. O, 30 günlük atəşkəs təklif edib. Rusiya tərəfi isə bildirib ki, Ukrayna atəşkəs rejimini pozarsa, Rusiya Silahlı Qüvvələri hücumları dəf etməyə hazır olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə