...Üç il əvvəl Rusiyada fəaliyyətini dayandıran Qərb avtomobil şirkətləri tədricən Rusiya bazarında mövcudluğunu yeniləmək üçün yollar qurur. Nümayəndəliklərinin rəsmi bağlanmasına baxmayaraq, bir çox brendlər rusiyalı müştərilərə avtomobillərin və ehtiyat hissələrinin çatdırılması üçün alternativ üsullar tapırlar.
SİA xəbər verir ki, rus saytlarının iddiasına görə, Rusiya avtomobil bazarı Avropanın ən böyük bazarlarından biri və buna görə də xarici istehsalçılar üçün cəlbedici olaraq qalır.
Qərb brendlərinə davamlı istehlakçı loyallığı, paralel idxal mexanizmi və premium seqmentdə Çin brendlərinin vazkeçilməzliyi Avropa və Amerika şirkətlərinin geri qayıtmasına şərait yaradır.
...Renault rəsmi olaraq Rusiyanı tərk edib AvtoVAZ-dakı payını satsa da, istifadə olunmağa davam edən texnologiyaları geridə qoyub.
...Volkswagen avtomobilləri paralel idxal yolu ilə təmin edir, hər ay yüzlərlə Tiguan və Skoda Octavia modeli ölkəyə gəlir.
...Mercedes-Benz və BMW öz servis mərkəzlərini və mexaniklərin təlim proqramlarını saxlayıblar ki, bu da onlara Rusiya bazarında mövcudluğunu qoruyub saxlamağa imkan verir.
Digər şirkətlər də geri qayıtmağı düşünür.
Stellantis qrupu (Peugeot və Citroen də daxil olmaqla) Qazaxıstan üzərindən tədarükün öyrənilməsini gücləndirib, Cənubi Koreya Hyundai və Kia isə 2026-cı ilə qədər Rusiya zavodlarında montajı bərpa etmək üçün danışıqlar aparır.
Ford kommersiya modellərini Türkiyə üzərindən tədarük etmək variantlarını nəzərdən keçirir.
Qərb brendlərinin geri qaytarılması müxtəlif sxemlər vasitəsilə baş verir: şirkətlərin ehtiyat hissələrinin tədarükünü və proqram təminatının yenilənməsini sakitcə dəstəklədiyi “boz” idxaldan tutmuş, yeni brendlər altında avtomobillərin yığılması üçün mövcud istehsal müəssisələrinin istifadəsinə qədər...
Bəziləri Qərb tənzimləyicilərinin diqqətindən yayınmaq üçün neytral adlarla törəmə şirkətlər yaradırlar. Rusiya avtomobil sənayesi yeni biznes modelləri üçün platformaya çevrilir, burada Çin istehsalçıları kütləvi seqmentdə üstünlük təşkil edir, Qərb brendləri isə premium kateqoriyaya qayıdır.
Rəsmi olaraq şirkətlər şərh verməkdən imtina edirlər, lakin onların məhsulları yenidən Rusiya yollarında peyda olur, xidmət mərkəzləri fəaliyyətini davam etdirir, istehsal müəssisələri isə fəaliyyətini bərpa etməyə hazırdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə