Baş nazirin müavini: "Saxta dərman satışı ilə məşğul olmaq da ən böyük cinayətdir"
"Saxta dərman satışı ilə məşğul olmaq da ən böyük cinayətdir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Daxili İşlər Nazirliyi tərəfindən bir müddət öncə saxta dərman satışı ilə məşğul olan bir qrup şəxsin tutulması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Ə.Əhmədov deyib ki, saxtakarlığa qarşı hər bir kəs mübarizə aparmalıdır: "Bir neçə gün əvvəl saxta dərman satışı ilə məşğul olan bir qrup şəxs ifşa edildi. Belə insanlara qarşqı mübarizə qətiyyətlə davam edəcək. Saxtakarlıq heç kimə baş ucalığı gətirməyib".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB