Diqqət: Hamiləliyə təsir edən faktorlar

Diqqət: Hamiləliyə təsir edən faktorlar

Əsrlərdir ailədə xoşbəxtliyin açarı olaraq hesab olunan körpə sahibi olmaq necə olur da bu qədər çətin bir hal alıb? Müasir həyat həqiqətən döllənmə üzərində bu qədər təsirlidir?

Araşdırmalar aşağıdakı vəziyyətləri ortaya qoyur:

-Karyera qurmaq səbəbiylə qadınlar ailə qurma və hamilə qalma yaşlarını gecikdirirlər. Araşdırmalar göstərir ki, döllənmə qabiliyyəti 20-25 yaş arasında maksimum səviyyədə, 25 yaşından sonra xüsusilə də 32 yaşından sonra isə aşağı düşən bir vəziyyətdir .

- Qadın ilk uşağına ilk aylarda hamilə qalrkən, ikinci uşağına hamilə qalmaq üçün 6 ay deyilsə də hamilə qala bilmir. Yaş faktoru səbəbindən hamiləliyin gecikməsi döllənməyə birbaşa təsir edir. Buradan çıxan nəticə budur : hamilə qalmaq istəyən qadınlar ilk öncə yumurtalıqların vəziyyətini, aybaşı tsiklinin və yumurtlamaq dövrünün normal olub - olmamasını yoxlatdırmalıdırlar.

- Müasir həyatın özü ilə gətirdiyi bir başqa problem də qidalanmadır. Qidalanma vərdişlərinin gətirdiyi ən əhəmiyyətli problem piylənmədir. Piylənmə döllənməyə birbaşa olmasa da dolayısı ilə follikulların vaxtında yetişməsinə mane olur. Kilo çox olduqca yumurtlama da o qədər az olur. Yəni bir qadın ildə 12 dəfə aybaşı olursa, 12 dəfə də döllənmə ilə qarşılaşır deməkdir. Əgər orqanizm piylənmə sərhədinə gəlmişsə bu döllənmə qabiliyyəti yarı-yarıya azalmış olur. Kilo hamiləlikdə də çox əhəmiyyətli bir vəziyyətdir .

- Müasir həyatın gətirdiyi digər problem isə ətrafdakı radiasiyadır. Ətrafdakı radiasiya nə qədərdir və ətrafda həqiqətən çox ciddi bir radiasiya varmı buna fikir vermək lazımdır. Elektromaqnit dalğalar adətən bədənin tarazlığını qalıcı olaraq pozmur, ancaq tarazlığı sarsıda bilir. Cib telefonu, elektrik şüalarıyla işləyən məişət avadanlıqları kimi qaynaqlarla üz-üzəyik. Bunların arasında ən təhlükəli olanı isə cib telefonudur. Cib telefonu istifadəsində məhdudlaşdırma mütləqdir. Nəinki qadınlarda hətta kişilərdə belə spermanın şəkil pozğunluğuna, hərəkət azlığına və miqdarına birbaşa təsir edir.

-Qidalar dördüncü səbəbdir. Xüsusilə hormonlu qidalar...

Bu hormonlu qidalar kişilərdə sinə böyüməsinə, qadınlarda da döllənmənin aşağı düşməsinə səbəb olur. Mümkün olduğu qədər təbii məhsullarla, mövsüm tərəvəzləriylə qidalanmaq lazımdır. Qışda pomidor, xiyar yemənin bir mənası yoxdur!.

- İş saatlarının uzanması, trafik stressinin yaşanması kimi şərtlər yorğunluq kimi meydana çıxır. Yorğunluq da cinsi arzunu azaldır və cinsi həyata ayrılan müddəti azaldır. Bədəni yorduğu yumurtlama funksiyalarını da azaldır. Kişidə ereksiya itkisinə səbəb olur.

- Sonuncu yerlərdə duran səbəblər uzun müddətli hamiləlik əleyhinə dərmanların istifadəsi və cinsi yolla yoluxan xəstəliklərdir.

Belliklə, insan həyatı qiymətlidir , cib telefonuhdan yalnız zəruri olduqca istifadə etmək , təbii qidalarla qidalanmaq , radiasiyadan uzaq dayanmağa çalışmaq ,ayağlarımızın daha çox torpaq görməsinə nail olmaq, stressdən uzaq qalmaqla biz həyatımızı daha da dəyərli və mənalı edə bilərik.

Bütün xəbərlər Facebook səhifəmizdə