RMDM-də yanğın təhlükəsizliyi təlimi keçirilib

RMDM-də yanğın təhlükəsizliyi təlimi keçirilib

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) yanğın hadisəsi zamanı pasiyentlərin, o cümlədən işçi heyətin xilas olunması və yanğının söndürülməsi üzrə təlim keçirilib. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd baş verə biləcək yanğınlar zamanı işçi heyətin Yanğından Mühafizə Xidmətinin çağırılma, onların ilkin yanğınsöndürmə vasitələrindən istifadə bacarıqları, stasionar müalicə təyin olunmuş ağır xəstələrin təxliyə olunması və ümumilikdə ekstremal vəziyyətdə işçi heyətin hərəkət qaydaları izah edilib.

Təlim iştirakçılarına yanğın təhlükəsi zamanı həyata keçiriləcək təhlükəsizlik tədbirləri izah olunub, əyani olaraq yanğınsöndürmə vasitələrinin istifadə qaydaları nümayiş olunub.

Hər zaman əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunmasına çalışan RMDM-də analoji təlimlər mütəmadi olaraq keçirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə