Larisa Moşetova: “Zərifə Əliyeva oftalmologiya elminə böyük töhfə verib”
“Zərifə xanım Əliyeva yalnız Azərbaycan oftalmologiya elmi üçün deyil, Rusiya oftalmologiya elmi üçün də böyük işlər görüb”. SİA-nın xəbərinə görü bunu “Rusiya Fasiləsiz Peşə Təhsil Tibb Akademiyasının” rektoru, akademiki Larisa Moşetova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Z. Əliyeva gözəl qadın olmaqla yanaşı, müdrik, ağıllı, intellektli, savadlı insan olub: “O, həkim olmaqla yanaşı, neft və kimya sənayesi üzrə də elmi tədqiqatlar apararaq elmə böyük töhfə verib. Zərifə Əliyeva akademik olsa da, çox sadə insan idi. Biz ona etdiklərinə görə, təşəkkür etməliyik. Mən taleyimə minnətdaram ki, mən belə xanımla, eləcə də onun həyat yoldaşı Heydər Əliyevlə şəxsən tanış olmuşam. Mən peşəkar fəaliyyətimin çox hissəsini onunla birgə çalışdığıma görə çox sevinirəm”.
Zərifə Əliyevanın oftalmologiya sahəsi üzrə kadr hazırlığında da böyük rola malik olduğunu dilə gətirən L.Moşetova söyləyib ki, akademik böyük oftalmologiya məktəbinə malikdir: “Onun bizim Akademiyada gənclər üçün söylədikləri mühazirələri çox möhtəşəm idi. Hazırda onun oftalmologiya elmi ilə bağlı gördüyü işləri demək olar ki, heç kim həyata keçirmir. Onun monoqrafiyaları bütün dünya eləcə də Avropa ölkələrinə yayılaraq müxtəlif dillərə tərcümə edilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB