Zərifə Əliyevanın 95-ci illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans FOTOLAR - VİDEO

Zərifə Əliyevanın 95-ci illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans FOTOLAR - VİDEO

Bu gün Bakıda akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci illiyinə həsr edilmiş “Oftalmologiyanın aktual problemləri” adlı beynəlxalq elmi konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru tbb üzrə elmlər doktoru, professor Elmar Qasımov, Oftolmologiya Mərkəzinin və respublikanın digər alimləri və oftalmoloqları və digərləri ioştirak ediblər.

Konfransı giriş sözü ilə açan səhiyyə naziri, tibb üzrə elmlər doktoru, professor Oqtay Şirəliyev əvvəlcə dövlət başçısı İlham Əliyevi tibb ictimaiyyəti adından yenidən prezident seçilməsi münasibətilə təbrik edib .

Akademik Zərifə Əliye haqqında fikirlərini bildirən nazir söyləyib ki, hər bir insan əməli xeyirxah əməlləri ilə yadda qalır. Nazirin sözlərinə görə, akademikin yaşadıqları 62 ilə sığmır: “Onun zəngin elmi irsi bu gün tibb ictimaiyyəti üçün dəyərlidir. Onun apardığı tədiqqatlar oftalmologiyada bir sıra xəstəliklərin müalicəsi üçün yeni imkanlar yaradıb”.

“Akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. O, Azərbaycanda vaxtilə geniş yayılmış traxomanın, peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanım müasir problemlərinə dair bir çox faydalı tədqiqatların müəllifidir.

Z.Əliyevanın "Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri", "Iridodiaqnostika", "Şəkərli diabet zamanı gözün patologiyası", "Oftalmologiyanın aktual problemləri" və bu kimi digər monoqrafiyaları çap edilib. Ümumiyyətlə, onun 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri var. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib”, deyə O. Şirəliyev vurğulayıb.

Onun rəhbərliyi altında elmi kadrların hazırlandığını xatırladan nazir qeyd edib ki , Z.Əliyeva zəngin daxili aləmə malik olub: “O, öz atasının yolunu yalnız fəaliyyəti ilə deyil, özünün daxili aləmi ilə də davam etdirib. İki parlaq şəxsiyyətin ailəsi Azərbaycan üçün nümunədir. Zərifə Əliyevanın ölümündən 30 ildən çox vaxt keçməsinə baxmayaraq, o, xalqın ürəyində hələ də yaşayır. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edir. Beləliklə, Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir”.

Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Akif Əlizadə deyib ki, 1923-cü ildə dünyaya göz açan Z.Əliyeva haqqında yazı yazsaydım, yazının başlığını “Əvəzolunmaz insan” qoyardım.

Akademikin alicənab və nəzakətli insan olduğunu dilə gətirən A. Əlizadə söyləyib ki, Z. Əliyeva Azərbaycanın oftalmologiya elminfə özünəməxsus yer tutub: “O, ailənin gözəl xanımı, XX əsrin görkəmli qadınlarından biri idi. Z.Əliyeva gözəl bir ailədə dünyaya göz açıb. Bu gözəl ailədə doğulan Z.Əliyeva Azərbayacana gözəl övladlar da bəxş edib”.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru , tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov qeyd edib ki, bu gün Azərbaycan elminin böyük bayramıdır.

Onun sözlərinə görə, görkəmli alim Azərbaycan elmini yüksəklərə qaldırıb, elmimizi dünya elminə çatdırıb.

Konfransda daha sonra görmə orqanlarının peşə patologiyaları, oftalmologiyanın sosial məsələləri, oftalmoloji yardımın təşkili, uşaq yaşlarında görmə orqanlarının patologiyası, optik mühitlərin patologiyaları, refleks pozuntuları, korreksiya, qlaukoma, vitreoretinal patologiya,oftalmoonkologiya, görmə orqanlarının yoluxucu və parazitar xəstəlikləri, görmə orqanı zədələri kimi məsələlər müzakirə edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə