"Talassemiya Mərkəzi Publik hüquqi şəxs statusu alsa da, burada müalicə alan xəstələr üçün heç bir pullu xidmət olmayacaq".
SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzinin direktoru Valeh Hüseynov deyib. Onun sözlərinə görə, məqsəd Mərkəzin maddi-texniki bazasının daha da təkmilləşdirilməsi, müasir səviyyədə olan laborator və digər hissələrin talassemiyalı xəstələrlə yanaşı, əhalinin qan xəstələrinə də xidmət göstərməsini təmin etməkdir. V.Hüseynov qeyd edib ki, talassemiyalı xəstələrin dövlətin qayğısından daha da yararlanması nəzərdə tutulur: "Bu xəstələrdə heç bir pullu xidmət olmayacaq. İstəyimiz odur ki, belə xəstələrin müalicəsi üçün hansısa xarici ölkələrə getməməsidir. Bu gün buna nail olmuşuq. Kənardan gələn xəstələr üçün digər xidmətlərdən istifadə ödənişli olacaq. Misal olaraq, laborator müayinəyədən istifadə etmək istəyənlər üçün xidmətlər pullu olacaq. Sığorta olunan insanlara da şamil ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB