Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcıları var

Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcıları var

Azərbaycanda bu gün 1 milyondan çox talassemiya daşıyıcıları var. Məhz daşıyıcıların ailə qurması ilə bağlı talassemiya xəstələrinin sayında son illərə qədər artım müşahidə olunub". SİA-nın xəbərinə görə bunu jurnalistlərə açıqlamasında Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 3105 irsi qan xəstəliyi, o cümlədən talassemiya xəstələri qeydiyyatdadır: "Nikaha daxil olmaq istəyən şəxslərin müayinəsi nəticəsində daşıyıcı körpələrin doğulması halları azalıb".

O qeyd edib ki, bu sahədə əldə olunan nailiyyətlər nəticəsində talassemiyalı xəstələrin yaşı artır: "Hazırda xəstələrin böyük əksəriyyəti 20 yaşdan yuxarı hesab olunurlar. Yeni doğulanları da nəzərə alaraq Mərkəzdə hazırda 18 yaşa qədər qeydiyyatda olan təxminən 1000-ə yaxın xəstə var".

Mərkəzin direktoru əlavə edib ki, bu xəstəlik miqrasiya ilə əlaqədar qərb ölkələrinə doğru gedir: "Daşıyıcıların respublika üzrə artdığını nəzərə alaraq, konkret olaraq hansısa bölgəmiz bölmək düzgün olmazdı. Hər bölgədə və qohum olmayan cütlüklər ailə qururlar. Daşıyıcıların da xəstə körpələri doğula bilər".

"2013- cü ildən bu günə qədər Mərkəzdə 55 xəstələr üzərində sümük iliyinin transplantasiyası əməliyyatı icra olunub. Onların əksəriyyəti irsi qan və talassemiyalı xəstələri olub. Xəstələrin təxminən 43-45 nəfəri məhz talassemiya xəstələri idi. Bu ilin sonuna 10 talassemiya xəstəninə bu əməliyyatdan olması planlaşdırılır"- deyə V.Hüseynov vurğulayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə