Davamlı vərəm xəstəliyindən əziyyət çəkənlərə müvəqqəti olaraq, əlillik dərəcsi verilməlidir. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” adlı dinləmələrdə çıxış edərkən deyib.
Hadi Rəcəbli bildirib ki, əliliklə bağlı elektron addımlar atılıb: "Bu, bürokratik əngəlləri aradan qaldırır"
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıcanlı bildirib ki, əhalinin icbari dispanserizasiyası üzrə müayinələrə geniş yayılan ürək, şəkər, vərəm xəstəlikləri üzrə müayinələr də daxil edilməlidir.
Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, planetdə yaşayan hər 3 insandan biri vərəm çöpünə yoluxur. Hər il 2,5 xəstəliyindən insan vərəmdən dünyasını dəyişir: “Vərəm dünyada ən çox yayılmış yoluxucu xəstəliklərdən biridir. Bu istiqamətdə son illər tədbirlər həyata keçirilsə də, bu gün vərəm yalnız həkimləri deyil, cəmiyyəti narahat edən bir problemdir”. Ə.Əmiraslanov qeyd edib ki, son 5 ildə Azərbaycanda vərəmlə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər - azalma baş verib. 2010-cu ildə hər 100 000 nəfər əhali arasında 53, 2016-cı ildə 38,9 nəfər vərəmlə xəstələnib.
Daha sonra çıxış edən Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova bildirib ki, son illər ölkəmizdə vərəmə yoluxan uşaqların sayı artır.
Onun sözlərinə görə, xəstələrin qeydiyyatdan kənarda qalmasında iki tərəf maraqlıdır: “Bunda həm ailə, həm də həkimlər maraqlı olur. Mən onlara dırnaq içində həkim deyirəm. Çünki onlar öz borclarını yerinə yetirmirlər, öz andlarını pozaraq o xəstələri düzgün müalicə etmirlər. Bu gün vərəm xəstələrinin müalicəsi ÜST-ün yeni protokolları əsasında aparılır. Xəstələrin müalicəsinin kor-koranə aparılması daha ciddi problemlər yaradır”.
H.Qədirova deyib ki, bu gün bütün dünyada vərəm xəstələrinin evlərdə müalicə edilməsinə üstünlük verilir: "Buna görə də onlara maliyyə dəstəyinin göstərilməsi lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB