Azərbaycanda çox ağır vəziyyətdə olan vərəm xəstələrinə müalicə kursunun aparıldığı müddət ərzində qısamüddətli yardımların verilməsi təklif edilir. SİA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Sədaqət Vəliyeva “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” adlı dinləmələrdə çıxış edib.
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə insanların həyat şəraitini yaxşılaşdırmaq üçün onlara qısamüddətli yardımların verilməsi məsələsinə baxa bilər: “Onlara həyat şəraitlərini yaxşılaşdırmaq üçün heç olmasa, kurs müddətində yardım verilsin. Bununla çox ailələrə kömək etmiş olarıq”.
S.Vəliyeva bildirib ki, bu gün əsas problemlərdən biri vərəm xəstəliyinin 25-44 yaşlı insanlar arasında təsadüf olunmasıdır. Xəstələnmə hallarının demək olar ki, yarısı bu yaş dövründə olan insanlarda olur.
Deputat əlavə edib ki, 1990-cı illərə qədər penitensiar sistemdə vərəmdən ölüm halları çox idi, bu gün isə vərəmdən ölüm halları 105 dəfə azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB