Partlayışda yaralanan şəxslə bağlı SON XƏBƏR

Partlayışda yaralanan şəxslə bağlı SON XƏBƏR

Ötən həftə Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən hündür mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində yaralanan Zahid Mahmudovun vəziyyəti ağır olaraq qalır. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

O qeyd edib ki, xəstə hazırda reanimasiyadadır, lazımi bütün tədbirlər görülür: “Xəstənin bədəninin 90 faizi yanıb və vəziyyəti çox ağırdır”.

Xatırladaq ki, yanvarın 27-də Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib. Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə