"Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdirsə, 2017-cı ildə bu rəqəm 37 tondan çox olub". Bunu SİA-ya Səhiyyə Nazirliyinin ibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov deyib.
Onun sözlərinə görə, 2017-ci ildə yalnız Məhərrəm ayının Aşura günü ərzində 3827nəfər insandan qan götürülüb və 1722 litr qan tədarük edilib.
Şöbə müdiri bildirib ki, hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir: "Qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, bu xəstəliklərə, əsasən, əmək qabiliyyəti yaşında olan insanların və uşaqların düçar olması, müayinə və müalicə xərclərinin xəstələr üçün ağır maddi yük olmasını nəzərə alaraq “2017-2021–ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” qəbul edilib. Hazırda qeyd olunan Proqram üzrə 1852 xəstənin dövlət hesabına innovasion preparatlarla təminatı həyata keçirilir. Beləliklə də, əvvəlllər mütləq ölümlə nəticələnən bu xəstəlikdən əziyyət çəkənlərin həyat keyfiyyəti yaxşılaşmış və bəzi hallarda sağalması mümkün olub".
G. Poladov əlavə edib ki, bədxassəli şişlərlə mübarizə işində də nəzərəçarpan irəliləyiş əldə olunub: "Mütəmadi olaraq onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılır, yeni texnologiyalarla işləmək üçün müvafiq mütəxəssislər hazırlanır. Milli Onkologiya Mərkəzində aparılan müayinə, müalicə Avropa və Amerikada qəbul olunmuş ən müasir protokollar üzrə həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB