Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə ölkəmizin bütün idarə və müəssisələrində tədbirlər, yekun konfranslar keçirilir, il ərzində görülən və qarşıda duran məsələlər müzakirə edilir. SİA-nın əməkdaşı Xətai rayonundakı 38 saylı Poliklinikasında olub və səhiyyə ocağında çalışan tibb işçilərinin ilin yekunu ilə bağlı fikirlərini öyrənib.
Qısa arayış: 38 saylı Poliklinikada 255 tibb işçisi çalışır. Onlardan 88-i ali təhsilli həkim, 93-ü isə orta tibb işçisidir. Poliklinika 73 min 632 nəfər rayon sakininə tibbi xidmət göstərir.
Poliklinikanın baş həkimi vəzifəsini icra edən Reyhan Əkbərova: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasətinin, möhkəm iradəsinin məntiqi nəticəsi olaraq 2017-ci ildə də ölkəmizdə davamlı inkişaf təmin olunmuşdur. Yola saldığımız 2017-ci ildə əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolu olmuşdur. Ərazimizdə yaşayan əhalinin tibbi sağlamlığının qorunmasında, tibbi xidmətin daha səmərəli göstərilməsində əməkdaşlarımız səfərbər olunmuş, müraciətlər vaxtında həll edilmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyə və tibb sahəsinə böyük diqqət və qayğısı sayəsində qarşıdan gələn ildə də tibbi xidmətin səmərəliliyini artıracaq, insanların keşiyində ayıq-sayıq dayanacağıq. Fürsətdən istifadə edib xalqımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə ürəkdən təbrik edir, sağlam olmalarını arzulayıram”.
Baş həkimin müavini Əli Mahmudov isə qeyd edib ki, Azərbaycanda səhiyyənin inkişafının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub: “Məhz Ümummilli Liderimizin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən daha modern formada davam etdirilməsi səhiyyəmizin də inkişafına səbəb olub. Hər il dövlətimizin bu sahəyə diqqət və qayğısı işimizin daha səmərəli qurulmasına səbəb olub. Ümidvaram ki, 2018-ci ildə Poliklinikamıza müraciət edən sakinlərimiz bizdən razı qalacaqlar. Əməkdaşlarımızın öz işinə lazımi səviyyədə yanaşması ümumi olaraq xalqın səhiyyəmizə olan münasibəti dəyişir. Biz də çalışırıq ki, bu dəyişikliklər həmişə müsbət istiqamətli olsun. Mən də bütün xalqımızı bayramlar münasibətilə təbril edirəm və yeni-yeni uğurlar arzulayıram”.
Poliklinikanın həkimləri – Qəmərli Anjela (USM), Sabir süleymanov (stomatoloq), Məlahət Nəsirova (həkim), Vüqar Abdullayev (həkim), Kifayət Əliyeva (həkim), Sevda Əliyeva (həkim), Səbinə Şirməmmədova (həkim), Tamella Kərimova (həkim), Güllü Cəfərova (həkim), Səbinə Əmiraslanova (həkim), Zəfər Əliyev (həkim), Arzu Hacıyeva (həkim) və Gülbəniz Orucova (həkim)çalışdığıarı 38 saylı poliklinikanın əməkdaşlarının xalqımıza bundan sonra da yüksək səviyyədə xidmət edəcəklərini bildiriblər.
Biz də SİA olaraq xalqımızın sağlamlığı keşiyində ayıq-sayıq dayanan səhiyyə işçilərini Həmrəylik günü və Yeni İl münasibətilə ürəkdən təbrik edir, onlara bu çətin və məsuliyyətli işlərində uğurlar arzulayırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB