N.İsmayılova qeyd edib ki, xəstələrin 73 367 nəfəri Bakı şəhərində qeydiyyatdadır: "Onların 556-sı uşaqdır. Şəkərli diabet insan orqanizmində fəsadlaşmalara yol açır. Dünyada belə xəstələrin 90 faizi II tip şəkərli diabet xəstələridir. Xəstəliyin yaranma müddəti uzun vaxt çəkir. Ona görə də əsas məqsəd xəstəliyin ilkin diaqnozunu erkən vaxtda təyin etməkdir. Şəkərli diabet bütün orqanlara, xüsusilə göz, böyrək, ürək və aşağı ətraflara fəsadlar verir.
Düzgün qidalanma, düzgün həyat tərzi xəstəliyin qarşısını alan amillərdəndir. Bu gün xəstəliyin artmasına təsir edən səbəblər arasında kompüter arxasında çox oturmaq, passiv həyat tərzi, "fasd-food" qidalarından istifadədir".
Həkim bildirib ki, endokrinologiyanın ikinci əsas problemi qalxanvari vəz xəstəliyi ilə bağlıdır. Belə xəstələrin sayı getdikcə artır. Bu daha çox qadınlarda, əsasən də hamiləlik dövründə müşahidə olunur.
Piylənmə də endokrinoloji xəstəliklərin yaranmasında başlıca səbəbdir.




USD
EUR
GBP
RUB