Bu il qida zəhərlənmələrindən 477 nəfər zərər çəkib RƏSMİ STATİSTİKA

Bu il qida zəhərlənmələrindən 477 nəfər zərər çəkib RƏSMİ STATİSTİKA

Cari ilin 10 ayında Azərbaycanda baş verən qida zəhərlənmələrinin statistikası açıqlanıb. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov SİA-ya açıqlamasında deyib ki, car ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 279 qida zəhərlənməsi hadisəsi baş verib.

Onun sözlərinə görə, qida zəhərlənmələri hadisələrindən 477 nəfər zərər çəkib: "Yanvar-sentyabr ayları ərzində 11 botulizm hadisəsi baş verib. Nəticədə 21 nəfər zəhərlənib, 3 nəfər dünyasını dəyişib. Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib".

Məlumat üçün nəzərinizə çatdıraq ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 520 qida zəhərlənməsi hadisəsi baş verib, 773 nəfər qidadan zəhərlənib. Hadisələrdən 29-u botulizmlə bağlı olub ki, onun da nəticəsində 34 nəfər zəhərlənib. Qida zəhərlənməsində 1 ölüm baş verib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə