Oftalmoloqlar Naxçıvana toplaşdı

Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Müasir oftalmologiya elminin inkişafı, nailiyyətlər və problemlər mövzusuna həsr edilmiş Oftalmoloqların IV regional konfrans keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Naxçıvan MR-nın səhiyyə naziri N.Novruzov və Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, respublikanın baş oftalmoloqu E.Qasımov və s. çıxış ediblər.

Konfransın təşkilində məqsəd oftalmologiya sahəsində baş verən yenilikləri müzakirə etmək, inkişafı üçün təkliflər vermək, oftalmologiya sahəsində istifadə edilən yeni yanaşmaların Naxçıvan həkimləri tərəfindən tətbiq edilməsinə dəstək olmaqdır.

IV Regional Konfransda konyunktivit, uveit, katarakta, qlaukoma, blefarit, çəpgözlük, zəifgörmənin bütün növləri, keratit xəstələri ilə bağlı yüksək səviyyədə irəlləyişlərin əldə olunması ilə yanaşı problemlər olan sahələrdən danışılıb məruzələr dinlənilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə