Səhiyyə Nazirliyi rezidenturaya qəbul olanlara müraciət edib

Səhiyyə Nazirliyi rezidenturaya qəbul olanlara müraciət edib

Səhiyyə Nazirliyi bu il rezidenturaya qəbul olanlara müraciət edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, müraciətdə bildirilir ki, 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul olmuş və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş şəxslər sentyabrın 30-dək sənədləri təqdim etməlidir. Onlar əmək müqaviləsi bağlamaq üçün qəbul olduqları klinik bazalara müraciət etməlidirlər.

Klinik bazalarda rezidentura hazırlığı oktyabrın 2-dən başlanır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə