Ürək qüsurlu uşaqların tibbi müayinəsi keçirilib

Ürək qüsurlu uşaqların tibbi müayinəsi keçirilib

Xətai rayon İcra Hakimiyyətinin və Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı ilə rayonda yaşayan ürək qüsurlu uşaqların tibbi müayinəsi keçirilib. SİA-nın xəbərinə görə, aksiyada çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva çıxış edərək sağlamlığının qorunması və səhiyyənin inkişafının dövlətin əsas prioritet istiqamətlərindən olduğunu söyləyib, ölkəmizin hər yerində əhalinin tibbi müayinədən keçirilməsi bu sahədə atılan mühüm addımlardan biri kimi dəyərləndirib.

Onun dediyinə görə, ilk dəfə keçirilən ödənişsiz aksiyada əsas məqsəd xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təşkil etməkdir. Bu, ilk növbədə, sakinlərin sağlamlığının dövlətimiz üçün nə qədər vacib olduğunu göstərir.

Aksiyada iştirak edən ürək qüsurlu uşaqların valideynləri göstərilən tibbi xidmətin keyfiyyəti, həkimlərin diqqət və qayğılarından razı qaldıqlarını bildiriblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə