Avqustun 1-dən 31-dək Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında ödənişsiz aksiya keçiriləcək.
ATU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aksiya çərçivəsində kardioloji problemlərdən əziyyət çəkən şəxslər ödənişsiz həkim-kardioloqun müayinəsindən keçəcək və EKQ-dən yararlana biləcəklər.
Konsultasiyaya yazılmaq üçün (050) 277 99 84, (050) 277 99 85, (012) 441 33 18 nömrələri ilə əlaqə saxlamaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB