Bu gün bir çox apteklər, hətta mağazalar arıqlamaq üçün müxtəlif növ dərmanlar təklif edirlər. Bu dərmanların çoxu geniş reklam olunur. Arıqlamaq üçün müxtəlif pəhriz və proqramları sınaqdan keçirən, istədikləri nəticəni əldə edə bilməyən qadınlar dərman preparatları qəbul etməyə başlayırlar. İstehsalçıların və reklamların təklif etdikləri bu dərmanlar doğurdan da insan orqanizmi üçün xeyirlidirmi?
Bir çox adamlar səmimi olaraq hesab edirlər ki, arıqlamaq üçün dərmanlardan istifadə artıq çəkidən qurtarmaq üçün ən asan üsuldur.
Bu möcüzə-dərmanların istifadəsindən sonra bir çox insanların ümidləri boşa çıxır.
Bu haqda nəyi bilmək vacibdir?
Belə dərmanları hamı reseptsiz və ya reseptlə əldə edə bilər. Reseptsiz satılan dərmanları müxtəlif apteklərdən əldə etmək olar. lakin onları asanlıqla əldə etmək dərmanların sağlamlıq üçün xeyirli olmasından xəbər vermir. Dərmanların qəbulundan sonra bir çox əks göstərici problemlər - mədə-bağırsaq xəstəlikləri, dəri xəstəlikləri, yuxu pozğunluqları yaranır. Bir çox hallarda bu dərmanlar həyat üçün çox təhlükəlidir. Əgər siz eyni vaxtda ürək-damar xəstəliklərindən, yüksək təzyiqdən dərmanlar qəbul edirsinizsə, onda arıqlamaq üçün dərman qəbul etdikdə xüsusən ehtiyatlı olmalısınız.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB