Son təcrübələr göstərir ki, həftədə 1-2 dəfə balıq yeyən qadınların yaş ötdükcə görmə qabiliyyətinin zəifləməsi riski yarıbayarı azalır.
Balığın tərkibindəki omeqa-3 yağ turşusu təkcə arıqlamaq istəyənlər üçün faydalı deyildir. Bu həm də gözün tor qişasındakı sarı ləkənin (bu sahə tor qişada görmə qabiliyyətinin itiliyinə cavabdehdir) yaşla əlaqədar degenerasiyasının qarşısını alır. Ahıl yaşlı qadınlar görmə qabiliyyətlərinin zəifləməməsi üçün həftədə bir-iki dəfə balıq yeməlidirlər. Kişilərin görmə qabiliyyəti üçün balığın faydası artıq təsdiq olunub.
Alimlərin 10 il müddətində 38 min qadın üzərində apardığı tədqiqatlar göstərib ki, sarı ləkə həftədə 2 dəfədən az balıq yeyən qadınlarda daha çox degenerasiyaya uğrayıb. Tədqiqatın rəhbəri, Harvard tibb məktəbinin doktoru Uilyan Kristenin sözlərinə görə, “tünd ət”i olan balıqlar - qızıl balıq, sardina, skumbriya və başqaları bu baxımdan daha faydalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB