Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ana və uşaqların sağlamlığı ilə bağlı beynəlxalq simpozium keçirilib. SİA-nın xəbərinə görə, simpoziumda çıxış edən İnstitutun rektoru, professor Nazim Qasımov bildirib ki, ana və uşaqların sağlamlığı hər bir ölkə üçün həmişə vacib məsələlərdən olub. Onun sözlərinə görə, sağlam ana sağlam uşağı, sağlam vətəndaşı və nəticə etibarı ilə sağlam ölkəni formalaşdırır. Bu sahədə ən əhəmiyyətli qərar və sərəncamların Ulu Öndər tərəfindən verildiyini deyən rektor qeyd edib ki, hazırda Prezident İlham Əliyev bu yolun uğurlu davamçısıdır: "Hazırda bu istiqamətdə mühüm addımlar atılır ki, bunlardan ən mühümü 2014-cü ildə qəbul edilən və 2020-ci ilə qədər dövrü əhatə edən "Ana və uşaqların sağlamlığı ilə bağlı" Dövlət Proqramıdır. Ümumiyyətlə ,ölkədə 600 səhiyyə ocaqlarında konstruksiya işi aparılıb. Bura Talessemiya, perinatal mərkəzlər, xəstəxana və poliklinikalar daxildir" N.Qasımov vurğulayıb ku, Səhiyyə Nazirliyi tərəfindən həkimlər beynəlxalq təcrübəni öyrənmək üçün xarici ölkələrə təcrübəyə göndərilir: "Beləliklə kadrlarımızı yeni texnologiyalara yaxınlaşdırmaqla ana və uşaqlara ən yüksək səviyyədə xidmət göstərmiş oluruq. Bizim institut da buna əsaslanaraq beynəlxalq əməkdaşlığını gücləndirir, bir sıra tibb ocaqları ilə memorandumlar imzalanır, bu çərçivədə həkim, rezident və müəllimlərimiz xarici ölkələrə ezam olunur, oradan da həkimlər bura dəvət olunurlar". Çıxışının sonunda simpoziumun işinə uğurlar arzu edən rektor tədbirin son olmayacağını, həkimlərin isə simpoziumdan faydalana biləcəyinə inandığını söyləyib. Simpozium seminar şəklində davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB