Harvard alimləri: Tez-tez kartof yemək 2-ci növ diabet xəstəliyinə səbəb olur
Harvard Universitetinin alimləri müəyyən ediblər ki, tez-tez kartof yeyənlərdə 2-ci növ diabet xəstəliyinin əmələgəlmə təhlükəsi daha çox olur. Tədqiqatın nəticələri “Clinical Nutrition” jurnalında dərc edilib.
Kartof mineral maddələr, əsasən, kalsium ilə zəngindir. Bu maddələr ürək və böyrək xəstələri üçün xüsusilə faydalıdır. Lakin, eyni zamanda, kartof qanda şəkərin kəskin artmasına səbəb olur. Əgər irsən diabetə meyllilik varsa, 2-ci növ diabet əmələ gəlir. Bu xəstəlik zamanı toxumaların qlyukoza ilə qidalanması zəifləyir.
Tədqiqatın müəllifləri artıq çəkidən əziyyət çəkən qadınlara tərkibində kartof olan qidaları məhdudlaşdırmağı və dənli bitkilər, sellülozlu meyvə-tərəvəz yeməyi tövsiyə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB