Səhiyyə naziri Oqtay Şirəliyev Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu qəbul edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda son illər ərzində ölkəmizdə səhiyyə və tibb elmi sahəsində görülən işlər və əldə olunan nailiyyətlər haqda səfirə qısaca məlumat verildi.
Sonra ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığının qurulması, mövcud olan əməkdaşlığın davamı üçün yeni təkliflər planının hazırlanması təklifi irəli sürüldü.
Ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığa dair təkliflər və tədbirlər planına əsasən əczaçılıq məsələləri, Koreya istehsalı olan tibbi avadanlıqların servizinin Bakı nümayəndəliyinin yaradılması və gənc tibb mütəxəssislərinin diplomdan sonrakı peşə təkmilləşdirilməsi kurslarının təşkili kimi təkliflər daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB