Səhiyyə Nazirliyinin Ş.M.Həsənov adına "Sağlamlıq sahəsi" poliklinikasının heriatrlardan ibarət həkim briqadası 13 may 2017-ci il tarixdə Bilgəh qəsəbəsində yerləşən "Qocalar evi"nin sakinlərinin tibbi müayinəsini həyata keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bütün sakinlərə həkim-heriatr tərəfindən tibbi baxış keçirilib, laborator müayinə, elektrokardioqrafik müayinə və ultrasəs müayinəsi aparılıb və dar ixtisas həkimlərinin konsultasiyaları təşkil olunub. Aparılan müayinələr nəticəsində ahıl insanlarda aşkar olunan xəstəliklərə uyğun müalicə təyin olunub.
Müayinə aksiyası Səhiyyə Nazirliyinin 06.02.2017-ci il tarixli 02/19 – 694 nomrəli ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə məktubu və Bakı şəhər Baş Səhiyyə İdarəsinin 09.02.2017 –ci il tarixli 12 nömrəli Bakı şəhər əhalisinin tibbi müayinələrdən keçirilməsi haqqında sərəncamının icrasını təmin etmək məqsədi ilə hazırlanmış Tədbirlər Planına əsasən həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB