ADNSU-da qanvermə aksiyası keçirilib FOTOLAR

ADNSU-da qanvermə aksiyası keçirilib FOTOLAR

Aprelin 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) poliklinika şöbəsində talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, ADNSU-nun professor-müəllim və işçi heyəti ilə yanaşı tələbələr də qanvermə aksiyasında könüllü olaraq iştirak edib, qana ehtiyacı olan insanlara kömək üçün bu humanist aksiyaya qoşulublar.

Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunan xüsusi tibb briqadası tərəfindən hər bir donorun sağlamlığı yerindəcə müəyyən olunub və onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə