Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 103 qida zəhərlənməsi baş verib ki, nəticədə 162 nəfər zərər çəkib, 3 nəfər ölüb. Bu barədə SİA-ya Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Məlumatda bildirilib ki, cari ilin yanvar-mart ayları ərzində 8 botulizm hadisəsi baş verib. Nəticədə 15 nəfər zəhərlənib. Təkcə bu ilin mart ayı ərzində 36 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 66 nəfər zərər çəkib.
Martda 1 botulizm hadisəsi baş verib ki, bundan da 1 nəfər zəhərlənib.
Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanan məhsullardan baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB