Azərbaycanda 3 ildir ki, mövcud qanunvericiliyə uyğun olaraq uşaqların icbari dispanzerizasiyası keçirilir. Bu qanunun məqsədi uşaqların sağlamlığına göstərilən dövlət dəstəyinin göstəricisidir". SİA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisi Nəsib Quliyev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, icbari dispanzerizasiya 0 -18 yaşlı uşaqları əhatə edir: "Azərbaycanda əhalinin 1 /3-ni uşaqlar təşkil edir. Bu da təxminə 2 milyon 800 min nəfər deməkdir. Bu rəqəm yaxın zamanda 3 milyonla əvəz olunacaq. İcbari dispanserizasiya haqqında qanun bu uşaqlara şamil edilir. Uşaqlar qanuna uyğun olaraq müayinə edilir, xəstəlik aşkar edildikdə, sonrakı mərhələdə müalicəyə göndərilir. Uşaqların yaşından asılı olaraq, tibbi müayinələrin sayı dəyişir. Uşaqlar 1 yaşa qədər 10 dəfəyə qədər müayinədən keçir. Uşaq doğulduqda 1 ay müddətində ən azı 3 dəfə, 1 yaşına qədər müddətdə ayda bir dəfə olmaqla, ildə 14 dəfə müayinədən keçməlidir. 1 yaşından sonra uşaqlar kvartalda bir dəfə, 3 yaşından sonra ildə bir dəfə tibbi müayinədən keçməlidir".
N.Quliyev söyləyib ki, uşaqların müayinə və müalicəsi külli miqdarda pul tələb etsə də, dövlət bunu öz üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB