"Azərbaycanda 38 hemodializ mərkəzində 590 hemodializ aparatı 3111 xəstəyə xidmət edir. Bunlardan 1273 nəfər Bakı şəhərində, 1838 nəfər regionlarda tam dövlət hesablı hemodializlə təmin olunublar". Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Nazirlər Kabinetinin 2016-2020-ci illər üçün "Xroniki Böyrək Çatışmazlığı" Dövlət Proqramına uyğun olaraq 2016-cı ildə Ağsu, Göygöl, Biləsuvar və Qusar rayonlarında hemodializ şöbələri istifadəyə verilib. 2017-ci il regionlardan Zərdab və Masallı da yeni hemodializ mərkəzi açılacaq. Bakı və Sumqayıtdan olan hemodializ xəstələrinin sayının artmasını nəzərə alaraq bu il 3 saylı şəhər xəstəxanasına əlavə 10 aparatın təqdim edilməsi, 26 saylı birləşmiş şəhər xəstəxanasında yeni 20 aparatlıq hemodializ şöbəsinin və Sumqayıt şəhərində 20 aparatlıq ikinici hemodializ şöbəsinin istifadəyə verilməsi nəzərdə tutulur.
"Azərbaycanda pulsuz hemodializlə müalicə üçün növbədə demək olar ki, xəstə yoxdur. Xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyinin tərəfindən tam təmin olunurlar. Hazırda "Xroniki Böyrək Çatışmazlığı" proramı üzrə 679 nəfər böyrəkköçürülmüş xəstə var. Onlar 13 adda dərman preparatları ilə dövlət hesabına tam təmin olunurlar"- deyə, məlumatda qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB