Oqtay Şirəliyev qəbul keçirəcək

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 17 fevral 2017-ci il tarixində saat 11:00-da Ucar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir Ucar, Ağdaş, Ağsu, Kürdəmir rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə