Ölkəyə gətirilən sanitar qaydalara cavab verməyən məhsulların sayı açıqlanıb
Azərbaycan Respublikasına idxal olunan məhsullar üzərində daim sanitariya nəzarəti həyata keçirilir. Belə ki, ötən il Respublika Sanitariya-Karantin Müfəttişliyinin laboratoriya şöbəsinin sanitar-kimyəvi bölməsində 10460 müayinə, sanitar-bakterioloji bölməsində 6674 müayinə, toksikoloji bölməsində isə 4802 müayinə aparılıb". SİA-nın xəbərinə görə, bunu Müfəttişliyin laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, sözügedən müayinələrdən 1 nümunə (toyuq dərisi) sanitar-kimyəvi müayinələrə, 28 nümunə (ət, süd və konservləşdirilmiş məhsullar) sanitar-bakterioloji müayinələrə, 5 nümunə (uşaq oyuncaqları, makiyaj vasitəsi – pomada, efir yağları) toksikoloji müayinələrə görə sanitariya norma və qaydaların tələblərinə cavab verməyib: "Bu məhsullardan təkrar nümunələr götürülərək müayinələr aparılıb. Nəticələri sanitar norma və qaydaların tələblərinə cavab verməyən məhsullar gigiyena qeydiyyatına alınmayıb. 2016-cı il ərzində laboratoriya şöbəsinin həkimləri tərəfindən respublikadan ixrac olunan məhsullar üzrə 68 dozimetrik müayinə aparılıb". Şöbə müdiri əlavə edib ki, nümunələr Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli 25 №-li əmri ilə təsdiq edilmiş "Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər" San.-Epid. qaydalar və normativlərin tələblərində nəzərdə tutulmuş təhlükəsizlik göstəricilərinə görə müayinə edilir: " Müayinələrin nəticələri bu normativlərin tələblərinə cavab verərsə məhsul dövlət gigiyena qeydiyyatına alınır və realizasiyasına icazə verilir. Məhsulun laborator müayinələrinin nəticələri həmin normativlərin tələblərinə cavab vermədiyi halda müvafiq tədbirlər görülür. Məhsulların dövlət gigiyena qeydiyyatına alınması zamanı istər gömrük-sərhəd keçidlərində, istərsə də respublika daxilində gecikmə hallarına yol verilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB