Ötən il Respublika Sanitariya-Karantin Müfəttişliyinin Epidemiologiya şöbəsinə 19 telefonoqram vasitəsilə 24 nəfər hərarətli şəxs barədə məlumat verilib və ərazi tibb müəssisələri tərəfindən aparılmış müayinələr nəticəsində "donuz qripi" xəstəliyi qeydə alınmayıb. SİA-nın xəbərinə görə, bunu Respublika Sanitariya-Karantin Müfəttişliyinin Epidemiologiya şöbəsinin müdiri Yadulla Balışov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, ötən ilin iyunun 28-də bir nəfər AİDS-lə yoluxmuş xəstə barədə məlumat daxil olub və müvafiq tədbirlərin görülməsi üçün vaxtında AİDS-lə mübarizə mərkəzinə məlumat verilib Onun sözlərinə görə, ötən il Respublikaya gətirilən 179 cənazə barədə dövlət sərhəd-keçid məntəqələrindən 86 faks daxil olub və cənazələr arasında yoluxucu xəstəliklərlə xəstələnərək vəfat edən olmayıb: "Yoluxucu xəstəlikdən vəfat etmiş şəxslərin dəfni zamanı epidemioloji qaydalara əməl edilir, profilaktik tədbirlər həyata keçirilir. Bu səbəbdən respublikaya gətirilən cənazələr daim nəzarətdə saxlanılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB