Zika virusu ilk dəfə 1947-ci ildə aşkar edilmiş eyniadlı qızdırmanın törədicisidir. 2015-ci ildə Braziliyada bu xəstəliyin pandemiyası başlayıb. Patogen hamilə qadınlar üçün daha təhlükəlidir. Onların dünyaya gətirdikləri uşaqların mərkəzi sinir sisteminin inkişafında anomaliyalar, xüsusən mikrosefaliya riski artır. Zika qızdırmasının universal müalicə metodu yoxdur. "Naked Science" saytı xəbər verir ki, ABŞ-ın Pensilvaniya Universitetinin və digər ali məktəblərin alimləri matrisalı ribonuklein turşusu (RNT) əsasında Zika virusuna qarşı vaksin hazırlayıblar.
Yeni vaksinin klinik sınaqlarına yaxın 18 ay ərzində başlamaq planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB