Uşaqların 97 faizi peyvənd edilib

2016-ci il ərzində respublika üzrə uşaqların profilaktik peyvəndlərlə əhatə səviyyəsi qənaətbəxş olub. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, yenidoğulmuşların vərəm əleyhinə BCG peyvəndi ilə əhatə olunması 97,8 faiz, HepB peyvəndi ilə 98,0 faiz, poliomielit əleyhinə (OPV0) 97,8 faiz, 1 yaşa qədər uşaqlar arasında göyöskürək, difteriya, tetanus, b tipli hemofil infeksiya və hepatit B əleyhinə pentavaksinlə (GDTHibHepB3) 95,6 faiz, poliomielit əleyhinə (OPV3) peyvəndi ilə 97,6 faiz, pnevmokok əleyhinə peyvəndlə 96,5 faiz, qızılca-parotit-məxmərək əleyhinə peyvəndlə 97,9 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə