Ötən il 2234 zəhərlənmə halı qeydə alınıb

Ötən il 2234 zəhərlənmə halı qeydə alınıb

2016-cı ildə ölkədə toksikoloji zəhərlənmə halları azalıb. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, əgər 2015-ci ildə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2462 müraciət daxil olubsa, 2016-cı ildə bu göstərici 2234 təşkil edib.

Müraciətlərin 32,8% lazımi şəraitdə saxlanılmayan, istifadə təlimatına uyğun olaraq qəbul edilməmiş dərmanlardan zəhərlənlərin (T36-T50), 21% - dəm və başqa qazların toksiki təsiri (T58/T59), 14,1% - yandırıcı məhlullardan zəhərlənmələrin (T54) payına düşür.

Qeyd edək ki, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsi Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin 17 iyul 1980-ci il tarixli 219 №-li əmrinə əsasən 27 iyul 1982-ci ildən fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə