956 xəstə üzərində ürək əməliyyatı aparılıb

956 xəstə üzərində ürək əməliyyatı aparılıb

"Son 2 ildə Səhiyyə Nazirliyi nəzdində Viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya fəaliyyət göstərir. Komissiyaya müraciət edən bütün xəstələr müayinə olunur, onlara müvafiq təyinat verilir. Hazırda 4122 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır". Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə hazırda ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları uğurla aparılır.

Məlumatda bildirilir ki, 2016-cı ildə 18 nəfərə qaraciyər, 63 nəfərə böyrək köçürülüb, 76 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb.

Dövlət hesabına 956 xəstə üzərində ürək əməliyyatı (865 açıq, 91 qapalı) aparılıb ki, onlardan 265-i uşaq olub. Əməliyyat olunanlardan ən kiçik yaşlısı 2 aylıq körpə olub. İndiyə kimi Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 38 uşaqda uğurla koxlear implantasiya əməliyyatı apaırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə