Ötən il çəkisi 1 kq-dan aşağı doğulan 135 uşağın həyatı xilas edilib
""Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı"na uyğun həyata keçirilən tədbirlər sayəsində ana və uşaq sağlamlığını xarakterizə edən göstəricilər müsbət istiqamətdə dəyişib". Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, əgər 2014-cu ildə körpə ölümü göstəricisi 10,2 promille idisə, 2016-cı ildə bu rəqəm beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla 11,2 promille təşkil edib. Ana ölümü əmsalı isə 2015-ci ildə 24 olduğu halda, bu il 22-yə enib.
Həmçinin bildirilib ki, 2015-ci il yanvarın 1-dən ölkədə diridoğulmanın beynəlxalq meyarlarının tətbiqinə başlanılıb, 1000 qramdan az çəki ilə doğulmuş 295 yenidoğulmuşdan 135-ni xilas etmək mümkün olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB