Baş pediatr: "Hazırda uşaqlar arasında yayılan xəstəliklər..." AÇIQLAMA

Baş pediatr: "Hazırda uşaqlar arasında yayılan xəstəliklər..." AÇIQLAMA

"Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da mövsümü xəstəliklərə həm böyüklər həm də uşaqlar arasında rast gəlinir. Soyuqdəymə xəstəlikləri havaların soyuması, uşaqların isə kollektivlərdə cəmləşməsi ilə əlaqədar olaraq bu mövsümlərdə daha çox özünün biruzə verməkdədir". Bunu SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisi Nəsib Quliyev deyib.

O bildirib ki, hazırda ölkəmizdə uşaqlar arasında bir qisim virus və bakteriyalarla xəstələnmə halları müşahidə olunur: "Hazırda uşaqlar arasında yayılan xəstəliklər əvvəlki illərdən fərqlənmir. Ölkəmizdə konkret müəyyən olunan virus epidemiyası yoxdur. Sadəcə əvvəlki illərdə olduğu kimi ADN, paraqrip, qrip kimi viruslardan xəstələnmə halları müşahidə olunur".

Baş pediatrın sözlərinə görə, havaların soyuması uşaqlarda bədənin müqavimətini kəskin şəkildə azaldır ki bu da həmin xəstəliklərin baş qaldırmasına səbəb olur: "Valideynlər uşaqların bədəninin möhkəmləndirilməsi işlərini yay və yaz aylarında təbii qidalar, günəş , su qum vannaları ilə edə bilərlər. Uşaqların qidalanması payız-qış mövsümündə də keyfiyyətli və C vitamini ilə zəngin olmalıdır. Valideynlər uşaqlarda xəstəlik əlaməti görən kimi onu nə baxçaya nə də məktəbə göndərməməli, həkimin məsləhəti əsasında müalicə etməlidirlər. Öz başına müalicə edilməməlidir".

N. Quliyev qeyd edib ki, soyuqdəymə virusları zamanı uşaqlara anti-bakterial, antibiotik dərmanları vermək olmaz: " Yalnız uşaq həkimi ilə məsləhətləşdikdən sonra müəyyən dərman preparatları və müalicə üsullarından istifadə etmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə