Tərtər Rayon Mərkəzi Xəstəxanasında keçirilən könüllü qanvermə aksiyasında 200-ə yaxın insan qan verib. Səhiyyə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə keçirilən aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, gənclər könüllü iştirak ediblər.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB