"Azərbaycanda 2016-ci ildə 2 dərman vasitəsi alllergik reaksiyaları və effektsiz olmasına görə istifadəsi qadağan edilib. SİA-nın xəbərinə görə, bunu Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin formokonəzarət üzrə eksperti Elmin Quliyev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, istifadə qadağan edilən dərman vasitələrindən biri "Bioparoks"dur ki, həmin dərman vasitəsində ciddi allergik reaksiyalar aşkarlanıb: "Araşdırma zamanı onun zərərinin faydasından çox olduğu müəyyən edilib. Digər dərman vasitəsi isə "Kvinaks" dərmandır. Həmin dərman vasitəsi effektsiz olmasına görə istifadədən çıxarılıb. Bu dərman vasitəsi də Azərbaycan bazarında çıxarılıb, idxalı dayandırılıb".
Azərbaycanda hər hansı dərman vasitəsinin effektsiz olması ilə bağlı heç bir məlumatın əldə olunmadığını deyən E. Quliyev dərman vasitələrinin effektivliyi ilə bağlı şikayətləri olanları mərkəzə müraciət etmələrini xahiş edib: "Effektsiz dərmanları aşkar etmək üçün ilk növbədə müayinələr aparılmalıdır. Çünki allergik reaksiyalar da insanlarda fərqlidir. Dərman vasitələrinin dozaları irqi faktorlardan da asılıdır. Əgər əhali tərəfindən bizə şikayət daxil olsa, biz araşdırma apara bilərik. Dərmanın effektinin olmaması ilə onun saxlanma şəraitindən də çox asılıdır. Dərman vasitələri istifadə olunana qədər tədqiqat mərhələri keçirlər. Məhsul bazara çıxanda da tədqiqatlar davam etdirilir. Dərman bazara çıxana qədər minlərlə insan üzərində təcrübə keçilir. Dərman istifadə olunandan sonra isə əlavə təsirlər üzə çıxa bilər. Tibb işçiləri, xəstələr qarşılaşdıqları əlavə təsirlər barədə dərman şirkətləri və səhiyyə qurumlarına məlumat verə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB