"Ölkə başçısının müvafiq fərmanına görə, yoxlamaların aparılmasına məhdudiyyətlər qoyulduqdan sonra ötən il ərzində qanunla müəyyən edilmiş şəkildə 5 aptekdə plandankənar yoxlamalar aparılıb və müvafiq tədbirlər görülərək nəticələri barədə müvafiq səlahiyyətli orqanlara məlumat verilib". SİA-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov mətbuat konfransında məlumat vertib.
O bildirib ki, aparılan yoxlamalar zamanı 2 əczaçılıq müəssisəsində əczaçılıq fəaliyyətinə dair tələblərin pozulması ilə bağlı deyilənlər təsdiqini tapmasa da , 3-ündə qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş 81 adda 205 qutu dərman preparatı satışdan çıxarılıb: "Hazırda müsadirə olunan dərman vasitələrinin məhv edilməsi ilə bağlı müvafiq qurumların göstərişlərini gözləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB