Dildəki yaralar ölümcül ola bilər DİQQƏT

Dildəki yaralar ölümcül ola bilər DİQQƏT

Burun boğaz xəstəlikləri mütəxəsisi professor Hayrettin Cengiz Alpay, dildə görülən yaraların dil xərçənginə işarə ola biləcəyini bildirib. SİA-nın türk mətbuatına istinadən xəbərinə görə, dil xərçəngi ilə bağlı açıqlamalar verən Professor əsasən siqaret və spirt istifadə edən insanlarda yaranan xərçəngin diqqətçəkən təzahürünün dildə görülən yaralar olduğunu diqqətə çatdırıb. "Digər xərçəng növlərində olduğu kimi burada da, genetik amillər təsirlidir. Lakin düzgün qulluq edilməyən ağız gigiyenası, spirt və siqaret, xəstəliyin yaranmasına daha da təkan verir. Gündəlik ağız baxımı zamanı dilin aşağı arxa hissəsində qalan bölgənin təmizlənməsinə xüsusilə diqqət yetirilməsi lazımdır." Bu xəstəliyin ağrısız olduğunu söyləyən həkim təyin edilməsi çətin olduğu üçün dilin altında qalan bu bölgənin diqqətlə müayinə edilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə