Musa Quliyev: "İcbari tibbi sığortanın tətbiqinə tələsməməliyik"
"Büdcənin gəlir və xərcləri ötən illə müqayisədə nisbətən azalmasına baxmayaraq, balanslı şəkildə müəyyənləşib". SİA-nın xəbərinə görə, bunu millət vəkili Musa Quliyev Milli Məclisin plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, qeyri-neft sektorunun inkişafı üçün kənd təsərrüfatının, İKT-nin, turizmin və yüngün sənayenin inkişafına ciddi fikir verilməlidir: "Ölkə başçısının ötən gün Strateji Yol Xəritəsi ilə bağlı bağlı imzaladığı fərman da bu məqsədlərə xidmət edir. Gələn ilin büdcəsində sosial xərclər ümumi büdcənin 40.3 faizini təşkil edir və bu rəqəm faiz nisbəti ilə ötən ilin büdcəsindən yüksəkdir. Bu da onu göstərir ki, Prezident və Azərbaycan hökuməti xalqın sosial müdafiəsini öz siyasətində prioritet istiqamət kimi nəzərdə tutub. Gələn ilin büdcsində sosial xətrclərin artırılması Azərbaycan vətəndaşının sosial rifah halının artırılmasını təmin edəcək".
Ünvanlı sosial yardımla bağlı təklifini bildirən millət vəkili qeyd edib ki, bu layihənn yekunlaşdırmağın vaxtı gəlib çatıb: "Konkret pensiyaların, əlillərin və uşaq müavinətlərinin üzərinə bu məbləği əlavə etməklə aztəinatlı ailələrin sosial müdafiəsintəmin etmək olar. Hökumət bu barədə düşünməlidir"
Ölkəmizdə səhiyyənin inkişafı ilə əlaqədar fikirlərini bildirən millət vəkilinin sözlərinə görə, 2017-ci ilin büdcəsində səhiyyəyə ayrılan vəsait bu sahədə həyata keçirilən proqramların yüksək səviyyədə həyata keçməsinə xidmət edəcək.
M. Quliyev 2017-ci ilin büdcəsində oqran transplatasiyana vəsaitin ayrılmasını təklif edib. Onun sözlərinə görə, ölkədə yüzlərlə uşağın bu əməliyyata ehtiyacı var: "Biz işi vaxtında görmədikdə 3 yaşından sonra uşaqlarda edilən orqan transplatasiyasına xərclənən vəsait əvvəlkindən dəfələrlə çox olur".
İcbari tibbi sığorta bağlı məsələyə gəlincə deputat qeyd edib ki, bu məsələ tam ölçülüb-biçilməlidir: "Ümumiyyətlə, icbari tibbi sığorta ilə bağlı məsələ Ölkə başçısının diqqət mərkəzindədir. Artıq Yevlax və Mingəçevrdə pilot layihələrə başlanılıb. Ancaq icbari tibbi sığortanın tətbiqinə tələsməli deyilik. Bəzən fikirlər səslənir ki, 2018-ci ildən sonra bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq. Lakin bu işə ehtiyatla yanaşmaq lazımdır. Biz ilk növbədə əmək müqavilələri şəffaflaşmalı, sığorta olunanların sayı müəyyənləşməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB