"Son illər hərəkət həyat, həyat isə hərəkət deməkdir kimi müalicə sistemi ortaya çıxıb ki, bunu 1980-ci illərdən bu günə qədər etdiyimiz tövsiyələr nəticəsi kimi qiymətləndirmək olar". Bunu SİA-ya açıqlamasında Türkiyənin ortoped travmatoloqu, professor Mehmet Binnet deyib.
Son 20-25 ildə insanların yaşam tərzi tamamilə dəyişdiyini deyən professor söyləyib ki, Azərbaycanda da insanlar bu həyat tərzinə uyğunlaşaraq daha çox hərəkətlidirlər: " Ümumiyyətlə, son illərdə ortopediya və travmatologiya sahəsinin inkişaf etməsi bu sahədə olan problemlərin müalicə üsullarının tamamilə dəyişməsinə səbəb olub. Belə ki, artıq biz dərman vasitələrindən daha çox insanlara hərəkətli olub, idmanla məşğul olmağa sövq edən müalicə üsulları tətbiq edirik".
İnsanların ən çox şikayət etdiyi duzlaşma ilə bağlı problemlərin müalicəsi haqqında danışan M.Binnet qeyd edib ki, artıq tibb duzlaşmanın qarşısını almaq üçün yeni yollar axtarır: "Hazırda duzlaşmanın qarşısını almaq üçün laboratoriyalarda orqanlarla yanaşı qığırdaq da istehsal edilir. Bu, təbii qığırdaqlardan alınan nümunələr əsasında inkişaf etdirilir və 3 həftə ərzində problemli sahəyə yeni qığırdaq yerləşdirilir. Bu, əməliyyat 90 faiz duzlaşmanın qarşısını ala bilir. İnsanda inkişaf dövrü 45-50 yaşına qədər olduğu üçün bu yaşa qədər olan əməliyyatlarda heç bir problem yaranmır. Bundan əlavə qığırdaq nümunələri xəstələrin özündən götürülüb inkişaf etdirir. Bu əməliyyat protezdən can qurtarmağın əsas yoludur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB