1000-dən çox uşaqda açıq ürək əməliyyatları keçirilib

1000-dən çox uşaqda açıq ürək əməliyyatları keçirilib

"Azərbaycanda səhiyyə ilə bağlı 11 Dövlə Proqramı var ki, həmin proqramlara əsasən insanlar təmənnasız və pulsuz tibbi xidmətlə təmin olunurlar". SIA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımım Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov Azərbaycan Ortoped və Travmatoloqlarının II Qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda səhiyyəyə ayrılan vəsait azalmayıb, əksinə ildən ilə artır: "Bunun nəticəsidir ki, 10 il müddətində ölkəmizdə 500-dən çox tibb müəssisəsi təmir olunub, tikilib, yenidən qurulub, beynəlxalq standartlara uyğun tibbi avadanlıqlarla təchiz olunub. Bundan əlavə həmin klinikalarda işləmək üçün 1000-ə yaxın gənc mütəxəssis Avropanın müxtəlif təhsil ocaqlarında, həmçinin Türkiyə, Rusiya və digər ölkələrdə dövlət vəsaiti hesabına təhsil alırlar. Bunun nəticəsində xəstəxanalarımızda olan kadr potensialı güclənir".

G.Poladov qeyd edib ki, bu gün qabaqcıl dünya ölkələrində edilən cərrahiyyə əməliyyatları və tibbi yardımlar Azərbaycan da da göstərilir: "Biz bu gün qururla deyə bilərik ki, Azrbaycanda böyrəkköçürmə əməliyyatları həyata keçirilir. 1000-dən çox uşaqda açıq ürək əməliyyatları aparılıb. Ölkəmizdə həmçinin Talassemiya Mərkəzi var. Çox az ölkələrin sırasında Azərbaycanın adı var ki, bizdə sümük iliyi transplantasiyası keçirilir".

Şöbə müdiri əlavə edib ki, Azərbaycanda 300-ə yaxın Insan çanaq oynağının əməliyyat olunması ilə bağlı növbəyə durmuşdular ki, onların da əksəriyyəti yaşlı insanlar idi: "Biz nəinki Travmotologiya və Ortopediya İnstitutunda, eləcə də 3 saylı şəhər Klinik Xəstəxanasında, Respublika Kliniki Xəstəxanasında və digər özəl klinikalarda dövlət hesabına əməliyyatlar keçirmişik və bunun sayəsində əməliyyata ehtiyacı olanların sayını minimuma endirmişik. Ümumiyyətlə, Travmotologoya ilə bağlı bütün əməliyyatlar demək olar ki, Azərbaycanda keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə