Ortoped və travmatoloqlarının II Qurultayı öz işinə başlayıb YENILƏNIB - FOTOLAR
Bu gün Bakıda Azərbaycan travmatoloq və ortopedlərinin II qurultayı və Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 70 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans işə başlayıb. SİA-nın xəbərinə görə, qurultayda 30-dan çox ölkədən nümayəndələr iştirak edir.
Tədbirdə ölkənin Gəncə, Sumqayıt, Naxçıvan və digər regionlarında çalışan 300-dən artıq mütəxəssis iştirak edir.
Qurultayın açılışında Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan və Rusiyadan olan qonaqlar da iştirak edib. Açılış mərasimində Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov, Səhiyyə Nazirliyinin baş travmatoloqu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Vaqif Verdiyev çıxış edib.
Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ən müasir tələbələr cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanalar tikintisi, fəaliyyətdə olan tibb müəssisələrinin yenidən qurulması prosesi geniş vüsət alıb. Son illərdə tibbi kadrların, o cümlədən travmatologiya və ortopediya üzrə mütəxəssislərin hazırlanması sahəsində ciddi uğurlar qazanılıb.
G.Poladov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun bir sıra əməkdaşına "Səhiyyə əlaçısı" döş nişanları təqdim edib.
Sonra mütəxəssislərin travmatologiyanın və ortopediyanın aktual problemləri, travmatoloji-ortopedik yardımın təşkilinin müasir aspektləri, travmatologiya və ortopediyada innovasiya texnologiyaları (osteosintez, endoprotezləmə, artroskopiya və s.), dayaq-hərəkət sisteminin xəstəlikləri zamanı şüa diaqnostikası və başqa mövzulara aid məruzələri dinlənilib.
Qurultay öz işini noyabrın 13-də tamamlayacaq.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB