İrsi qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasına dair konfrans keçirilib. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, konfransda RPM aşkarlanan genetik xəstəliklər, amniosentez və CVC-nin perinatal diaqnostikada rolu, Talassemiya daşıyan hamilələr və doğuşun gedişatı, Talassemiyalı uşaqların erkən neonatal dövrdə qiymətləndirilməsi, Mama-ginekologiya və Neonatologiyada müasir laborator metodlar və digər bu kimi mövzulara dair çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Konfransda xüsusi qonaq kimi Respublikanın baş hematoloqu və baş neonatoloqu iştirak edib.
Konfransda çıxış edən RMDM-in İSO15189: 2007 sertifikatını almış Laboratoriya şöbəsinin müdiri A. Yusifov Mama-ginekologiya və neonatologiyada müasir laborator metodlara nəzər salıb, ana və uşaq sağlamlığının qorunması naminə vacib olan məqamlara toxunub, qadınların vaxtında müayinələrdən keçməsinin zəruriliyini vurğulayıb.
Bildirilib ki, bəzi analiz nəticələrinin təcili – bir neçə saat, bəzən isə dəqiqələr içərisində alınması vacibdir. Bəzən isə xəstələr ev şəraitində laborator analiz verməyə məcbur olurlar. RMDM-də məhz belə müasir standartlara cavab verən avtomatik analizatorlarla təchiz olunmuş laboratoriya fəaliyyət göstərir.
ISO:15189 sertifikatını almış laboratoriyada iş beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir. Laboratoriyanın personalı müasir avadanlıqlarla iş üzrə təlim və attestasiyadan keçmişdir, ona görə də, səhvə yol verilməsi ehtimalı demək olar ki, sıfırdır.
Müalicə həkiminin təyin edə biləcəyi bütün laborotor analiz növləri aparılır. Qan (ümumi, klinik, biokimyəvi, şəkər, hormonlar); Nəcis (ümumi, disbakterioza görə); Sidik (ümumi, Niçiporenko üzrə); İnfeksiyalar, eləcə də, gizli olanlar; XİQ də daxil olmaqla, hamiləlik zamanı bütün analizlər; Genetik müayinə (PCR, DNT). Ənənəvi laborator üsullardan fərqli olaraq, "Femoflor" test müayinə üsulu ilə qadınlar həkimə bir dəfə müraciət etməklə, 22 qrupdan artıq mikroorqanizm barədə daha dolğun məlumat əldə edə bilərlər. Qadınlar hamiləlikdən əvvəl, hamiləlik vaxtı və sonra, hormonal və antibiotiklərlə terapiya zamanı və hansısa ginekoloji şikayətlər olarsa, Mərkəzin Laboratoriya şöbəsində "Femoflor" üsulu ilə müayinə oluna bilərlər. Analizin nəticələrini elektron ünvan vasitəsilə yaxud da rəsmi internet saytına daxil olmaqla əldə etmək mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB